Qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.

Yarışın qalibi adını İtaliya millisi qazanıb.

Apennin təmsilçisi Belqradda keçirilən final görüşündə Serbiyaya 3:1 hesabı ilə qalib gəlib. Onlar bununla da Avropa çempionatında 3-cü dəfə qızıl medala yiyələniblər.

Bürünc medallar isə Türkiyə yığmasına qismət olub. Qardaş ölkə təmsilçisi 3-cü yer uğrunda görüşdə Niderlandı 3:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, final mərhələsində Azərbaycan millisi də mübarizə aparıb. Lakin qrup mərhələsində 5 görüşdə uduzan komandamız turniri 24 ölkə arasında sonuncu yerdə bitirib.

.