İsveç Silahlı Qüvvələri azı 2026-cı ilin sonuna qədər "Gripen" qırıcılarından və korvetdən istifadə etməklə Finlandiya ərazisinin müşahidəsi və müdafiəsində iştirak edəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Qüvvələrindən bildirilib.

"İsveç qüvvələri və vasitələri, xüsusən də hava müşahidəsini gücləndirəcək, bu isə zərurət yarandıqda Finlandiya Müdafiə Qüvvələrinin öz resurslarını pozuntuların qarşısını almaq və insidentlərə reaksiya vermək üçün sərbəstləşdirməyə imkan verəcək", - Finlandiya hərbçilərinin bəyanatında qeyd edib.

Agentlik bildirib ki, bu təşəbbüs Finlandiyanın İsveçə müraciətindən sonra həyata keçirilib. Finlandiyanın şərqdə Rusiya ilə 1 340 kilometrlik sərhəddə malikdir.

.