İstanbul şəhərində Türkiyənin təşəbbüsü ilə Qəzza Zirvəsi başlayıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir. Tədbirdə Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri iştirak edirlər.
Müzakirə masasında Qəzzada atəşkəsin daimi xarakter alması və humanitar yardımların artırılması məsələləri dayanır.
Görüş zamanı həmçinin Fələstin xalqının qanuni hüquqlarının və iki dövlətli həll yolunun qorunmasının əhəmiyyətinə də toxunulacağı gözlənilir.
.
