İsraildə növbəti dəfə koronavirus pandemiyası ilə əlaqədar tələbləri yumşaldılır.

“RİA Novosti“ agentliyi verdiyi xəbərə görə, İsrail hökuməti aeroportlarda PCR testi götürülməsi ilə bağlı tələbi ləğv edir.

Mayın 20-dən İsrail aeroportlarında sərnişinlərdən PCR testi götürülməsi dayandırılacaq.

Bununla belə, mayın 10-dan İsrailə səfər etmək istəyən əcnəbilər səfərə 1 gün qalmış laboratoriyada antigen testindən keçməli və testinin mənfi nəticəsini təqdim etməlidirlər.

.