İsrailin xarici işlər naziri Eli Koen BMT-nin baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurasına Qəzza zolağında humanitar atəşkəsin müzakirəsi tələbi ilə müraciətini tənqid edib. Onun fikrincə, Quterreşin baş katib kimi fəaliyyəti dünya sülhünü təhdid edir və baş katibin açıqlamaları HAMAS hərəkatının fələstinli radikallarını dəstəkləməyə bərabərdir.

Bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində dərc etdiyi bəyanatda bildirilib.

“Quterreşin BMT-nin baş katibi vəzifəsində olması dünya sülhünü təhdid edir. Onun BMT Nizamnaməsinin 99-cu maddəsini tələb etməsi və Qəzzada atəşkəs çağırışı terror təşkilatı HAMAS-a dəstək və yaşlıların öldürülməsi, körpələrin oğurlanması və qadınların zorlanmasının təsdiqini təşkil edir", - Koen yazıb.

.