İsrail Hərbi Hava Qüvvələri İranda "Qüds" qüvvələrinin Livandakı korpusunun mühəndislik bölməsinin rəhbəri Mehdi Vəfaini öldürüb.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfinin məlumatına görə, zərbə martın 31-də kəşfiyyat məlumatları əsasında Məhlət rayonuna endirilib. Nəticədə mühəndislik bölməsinin rəhbəri vəzifəsini tutan mühəndis Mehdi Vəfai öldürülüb.

"Korpusun mühəndislik bölməsinin rəhbəri kimi 20 illik fəaliyyəti ərzində Vəfai Livan və Suriya ərazilərində yeraltı layihələri irəli sürüb", - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, o, İranın "Hizbullah" təşkilatı və Əsəd rejimi üçün yeraltı infrastrukturun yaradılması səylərinə rəhbərlik edib, eləcə də Livanda müasir silahların saxlanması üçün yeraltı infrastrukturun qurulması üzrə onlarla layihəni idarə edib.

.