İsrail Fransanı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb.
İsrailin xarici işlər naziri Gideon Saar özünün “X” hesabında verdiyi məlumatda, fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı apardığını bildirib.
“Onilliklərdir SEPAH Yaxın Şərqdə və ondan kənarda terror və qeyri-sabitlik yayır. Eyni zamanda, azadlıqları uğrunda mübarizə aparan İran xalqına qarşı qanlı repressiyalara rəhbərlik edir”, – nazir qeyd edib.
İsrail XİN rəhbəri vurğulayıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınması həm mənəvi, həm də praktiki baxımdan vacib addım olar.
“Səsinizi eşidirik. Siz tək deyilsiniz”, – deyə Gideon Saar İran xalqına müraciət edib.
Xatırladaq ki, İsrailin xarici işlər naziri bundan əvvəl də Avropa İttifaqını SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb.
.
