
İspaniya hökuməti avqust ayında ölkəni bürümüş meşə yanğınlarını son illərin ən böyük ekoloji fəlakətlərindən biri kimi qiymətləndirib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu daxili işlər naziri Fernando Qrande-Marlaska Nazirlər Kabinetinin həftəlik iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu ay baş verən yanğınlar 350 min hektardan çox meşə sahəsini məhv edib, 4 nəfərin həyatına son qoyub və minlərlə sakini müvəqqəti olaraq evlərini tərk etməyə məcbur edib.
“Aydındır ki, biz son illər ən böyük ekoloji fəlakətlərdən biri ilə üzləşmişik”, – deyə nazir vurğulayıb.
.