İranda davam edən iğtişaşlar fonunda bir sıra şəhərlərdə ictimai və özəl obyektlərə ziyan vurulması faktları qeydə alınıb.
Bu barədə müxtəlif sosial şəbəkələrdə görüntülər yayımlanıb.
Məlumata görə, Kərəc şəhərində 5-ci rayonun administrasiyasının binası yandırılıb, nəticədə bələdiyyə obyektinə maddi ziyan dəyib.
Bundan başqa, Tehranın Səadətabad rayonunda məscid və dini tikililərə ziyan vurulması barədə məlumatlar yayılıb.
.
