İran və ABŞ arasında münaqişənin həlli ilə bağlı memorandum sabah imzalanmayacaq.
İran mediasının xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
O qeyd edib ki, memorandumun imzalanmasının dəqiq vaxtını gözləmək lazımdır.
“Sabah olmasa belə bunun yaxın günlərdə baş verməsi mümkündür”, - XİN rəsmisi vurğulayıb.
.
