
ABŞ-nin ən böyük IT şirkətlərinin rəhbərləri Prezident Donald Trampla görüşmək üçün Ağ Evdə toplaşacaqlar, lakin dəvətlilərin siyahısında İlon Maskın adı yoxdur.
"Mint" xəbər verir ki, tədbirdə iyirmiyə yaxın şirkətin rəhbərləri iştirak edəcək, onların arasında "Meta"nın rəhbəri Mark Zukerberq, "Apple" şirkətinin CEO-su Tim Kuk, "Microsoft" və "OpenAI"nin təsisçiləri Bill Qeyts və Sem Altman var.
Əvvəlcə onlar birinci xanım Melaniya Trampın təşkil etdiyi süni intellektə dair konfransda, daha sonra qəbulda iştirak edəcəklər.
.