“Tesla” şirkətinin təsisçisi və baş direktoru İlon Mask şirkətin 7,9 milyon səhmini ümumilikdə 6,9 milyard dollara satıb.

“Reuters“ verdiyi məlumata görə, avqustun 4-də Ostində keçirilən “Tesla”nın səhmdarlarının illik yığıncağından sonra iş adamı avqustun 5-dən 9-dək demək olar ki, yeddi milyard dollar dəyərində səhm satıb.

Agentlik əlavə edib ki, sövdələşmə İlon Maskın “Twitter“i 44 milyard dollara almağdan imtina etməsindən və sonrakı məhkəmə proseslərindən bir neçə həftə sonra əldə edilib.

.