"Globe Soccer" "İlin ən yaxşı klubu" mükafatına namizədlərin final siyahısı məlum olub.
Siyahıda 8 klub yer alıb.
"Əl Əhli" (Qahirə, Misir), "Barselona" (Barselona, İspaniya), "Bavariya" (Münhen, Almaniya), "Çelsi" (London, İngiltərə), "Flamenqo" (Rio de Janeyro, Braziliya), "Liverpul" (Liverpul, İngiltərə), PSJ (Paris, Fransa) və "Sportinq" (Lissabon, Portuqaliya) namizədlər arasındadır.
Ötən ilin ən yaxşı klubu seçilən "Real" ilkin siyahıda da yox idi.
Qeyd edək ki, sayca 16-cı "Globe Soccer" mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda keçiriləcək.
.
