“Milan”ın hücumçusu Zlatan İbrahimoviç sosial şəbəkə hesablarında azarkeşlərlə ünsiyyətdə olub və bəzi sualları cavablandırıb.

İzləyicilərindən biri futbolçuya karyerasını nə zaman bitərəcəyi ilə bağlı sual ünvanlayıb.

“Heç vaxt, mənsiz futbol öləcək”, - deyə Z.İbrahimoviç cavab verib.

Xatırladaq ki, iyul ayında 40 yaşlı hücumçu “Milan”la müqaviləsini 2023-cü ilə qədər uzadıb.

.