Hörmüz boğazında üç neft tankeri minaya düşüb, nəticədə gəmilərdə güclü yanğın baş verib.

Yenizaman İran mediasına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, insidentlər səhər saatlarında baş verib. Tankerlərin naviqasiya və identifikasiya sistemlərini söndürdüyü iddia edilir. Nəticədə onlar dəniz minalarına düşərək partlayıb və hazırda Hörmüz boğazının cənub sahilində yanmaqda davam edir.

.