Livanda "Hizbullah" hərəkatı son 24 saat ərzində İsrail qüvvələrinə qarşı 22 hücum təşkil etdiyini bəyan edib.
Al Jazeera-nın məlumatına görə, qruplaşma hücumlar zamanı pilotsuz uçuş aparatlarından və raket zərbələrindən istifadə etdiyini bildirib. Hizbullah-ın açıqlamasında qeyd olunub ki, hücumlar əsasən Livanın cənubunda yerləşən İsrail hərbi mövqelərinə və bölgədə yerləşdirilmiş qoşun birləşmələrinə qarşı həyata keçirilib.
Məlumata əsasən, Hizbullah İsrailə məxsus "Hermes 450" pilotsuz uçuş aparatını vurmağa cəhd edib. Qruplaşma həmçinin Cdeydət Məys əl-Cəbəl bölgəsində İsrail hərbi texnikasını, Yəhmur əş-Şəqif yaxınlığındakı komanda məntəqəsini və digər hədəfləri raket və dronlarla vurduğunu bildirib.
Tərəflər arasında qarşılıqlı hücumların intensivliyi artıb. İsrail tərəfi Hizbullahın son 24 saat ərzində 22 hücum həyata keçirməsi ilə bağlı iddialara hələlik rəsmi münasibət bildirməyib.
.
