Gürcüstanda 16 milyard kubmetr həcmdə təbii qaz yatağının mövcudluğu təsdiqlənib.

Bu barədə ölkənin Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Giorgi Tatişvili “Business Media” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ehtiyatlar Tbilisi yaxınlığında “Schlumberger” şirkətinin qazdığı quyuda aşkarlanıb.

G.Tatişvili lisenziyalı sahədə üfüqi qazmanın tələb olunduğunu qeyd edib.

Agentlik rəhbəri bildirib ki, yatağın tam istismarı şərtilə Gürcüstan səkkiz il ərzində təbii qaza olan tələbatını tam ödəyə biləcək.

Qeyd edək ki, “Schlumberger” şirkəti 2018-ci ildən Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışını aparır.

.