Gürcüstan hökuməti əcnəbilərin vahid reyestrini yaratmağı planlaşdırır.

Bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze parlamentin Hüquqi məsələlər üzrə komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, vahid reyestr Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin bazasında yaradılacaq.

Nazir müavini qeyd edib ki, reyestr hər bir xarici vətəndaşın Gürcüstana girişinə, onların xidmətlərdən istifadəsinə nəzarəti, həmçinin qeyri-qanuni miqrasiya ilə mübarizəni daha effektiv həyata keçirməyə imkan verəcək.

.