Göyçayda avtomobil qəzası baş verib.
Hadisə dünən gecə saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Yaralılar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
.
