Fransa hazırda ölkə tarixində son 49 ilin ən güclü meşə yanğınları ilə mübarizə aparır.

Yenizaman “Kommersant”a istinadən xəbər verir ki, ölkənin cənub-qərbində yanğın 16 min hektardan çox ərazini əhatə edib. 

Təbii fəlakət nəticəsində bir nəfər həlak olub, 10-dan çox insan isə xəsarət alıb. 

Daha üç nəfərin isə itkin düşdüyü məlumdur. 

Bununla yanaşı, bir neçə kiçik kəndin sakinləri ərazidən təxliyə edilib və 13 müvəqqəti məntəqədə yerləşdiriliblər. 

Yanğının söndürülməsi üçün təqribən 2000 yanğınsöndürən, hərbçilər və bir neçə təyyarə cəlb olunub.

.