
Avropa İttifaqı (Aİ) Ukraynanın dəstəklənməsi üçün 4 milyard avrodan çox vəsait ayıraraq Kiyevlə həmrəyliyini yenidən təsdiqləyib.
Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen “X” hesabında yazıb.
Onun sözlərinə görə, bu maliyyə yardımı təkcə Ukraynanın dağıdılmış infrastrukturunun və iqtisadiyyatının bərpasına deyil, həm də suveren və demokratik dövlət kimi uzunmüddətli inkişafının dəstəklənməsinə yönəlib.
"Bu bizim həm Ukraynanın bərpası, həm də gələcəyi naminə öhdəliyimizdir", - AK-nın rəhbəri bildirib.
Ukrayna Rusiya ilə müharibənin başlanğıcından bəri Aİ-dən 170 milyard avroya yaxın vəsait alıb
Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibənin başlanğıcından bəri (2022-ci ilin fevralından - red.) Ukraynaya 168,9 milyard avro ayırıb.
Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
"Avropa İttifaqı və onun üzv ölkələrindən ümumi yardım məbləği 168,9 milyard avro təşkil edib", - məlumatda qeyd olunub.
Aİ ölkələri silah alınmasına 59,6 milyard avro xərcləyib ki, bu da həm ikitərəfli tədarükləri, həm də Avropa Sülh Fondu vasitəsilə alışları əhatə edir.
.