Almatıda keçiriləcək danışıqlar sırf olaraq Azərbaycan və Ermənistan arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smayidarov gözlənilən görüşün təfərrüatları barədə açıqlamasında deyib.

XİN rəsmisi bildirib ki, Qazaxıstan xoşməramlı xidmətlər, yəni danışıqlar üçün platforma təqdim edəcək.

“Əgər bu iki ölkə sülhə gəlsə və bu, bizim ərazimizdə imzalansa, bunun bütün region üçün böyük müsbət təsiri olacaq”, - o qeyd edib.

.