
Finlandiya parlamentinin üzvü parlament binasında intihar edib.
Bu barədə Finlandiya mətbuatı xəbər yayıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
"Ölüm səhər saatlarında baş verib. Təcili tibbi yardım xidmətləri, xilasetmə qrupları və polis orqanları təcili yardım mərkəzi vasitəsilə hadisə yerinə göndərilib", - parlamentin təhlükəsizlik departamentinin rəhbəri Aaro Toivonen deyib.
O, parlament binası daxilində ölümün dəqiq yeri və ya bunun deputat və ya parlament əməkdaşı ilə bağlı olub-olmaması ilə bağlı heç bir şərh verə bilməyəcəyini deyib.
.