FIFA prezidenti Canni İnfantino Rusiyaya qarşı qadağanın ləğvinin vacibliyini vurğulayıb.

O, “SkyNews”a müsahibəsində bu məsələyə toxunub.

“Mən həmişə qadağalar və sanksiyalara qarşı olmuşam. Məncə bunlar müsbət heç nə gətirmir. Əksinə, daha çox nifrətin yayılmasına səbəb olur”, - Canni İnfantino vurğulayıb.

O, Rusiya qarşı qadağanın heç nəyə nail olmadığını, sadəcə nifrəti və qəzəbi təşviq etdiyini deyib.

Xatırladaq ki, FIFA 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı qadağa tətbiq edir.

.