Bolqarıstan növbəti dəfə Avropa İttifaqının ən bədbəxt ölkəsi kimi tanınıb.

Bu barədə Avropa Statistika Agentliyinin (Eurostat) məlumatlarında qeyd edilib.

Tədqiqat zamanı məlum olub ki, 2022-ci ildə sorğuda iştirak edən bütün avropalılar arasında həyatdan ümumi məmnuniyyətini on ballıq şkala üzrə 6 baldan az - 5,7 kimi qiymətləndirən yeganə bolqarlar olub. Mütəxəssislər müəyyən ediblər ki, almanlar hazırkı yaşayış səviyyəsindən o qədər də razı deyillər - orta hesabla 6,5 ​​bal. Reytinqdə birinci yeri Avstriya tutub - bu Avropa ölkəsinin sakinləri xoşbəxtlik səviyyələrini 7,9 bal səviyyəsində qiymətləndiriblər. İkinci yeri Rumıniya, Polşa və Finlandiya bölüşüb - 7,7 xal.

Analoji tədqiqatın nəticələri yazda BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan Dünya Xoşbəxtlik Hesabatında təqdim edilib. O zaman Finlandiya əhəmiyyətli fərqlə birinci yeri tutmuşdu.

.