Ermənistanda “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif proqramlarının yayımı qadağan olunub.

Bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bu qərara səbəb kimi “Ermənistan Televiziya və Radio Komissiyasının son vaxtlar qeydə aldığı pozuntular göstərilir.

Bildirilib ki, sözügedən verilişlər indiyə kimi "RTR-Planeta" telekanalında efirə verilirdi.

.