İstintaq təcridxanasında olan iş adamı Samvel Karapetyan ehtimal olunan çirkli pulların yuyulması işi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) təcridxanasında dindirilib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

KİV-in məlumatına görə, dindirilmə uzun çəkməyib. Karapetyan ona qarşı irəli sürülən ittihamların absurd olduğunu bildirib.

O, artıq müxtəlif işlər çərçivəsində üç dəfə dindirilib.

KİV-in məlumatına görə, yaxın vaxtlarda Karapetyana yaxın bir sıra şəxslər, o cümlədən "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin əməkdaşları həbs oluna bilər.

S.Karapetyan iyunda iki ay müddətinə həbs edilib. O, hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunub.

Qeyd edək ki, avqustun ortalarında Antikorrupsiya Məhkəməsi onun həbs müddətini 2 ay uzadıb.

.