Türkiyədə iki nəfər silahlı şəxs hakim Ədalət və inkişaf Partiyasının (AKP) qərargahına daxil olub.
Haberler.com saytının məlumatına görə, AKP-nin Kartal rayonunda yerləşən partiya qərargahının qarşısındakı yol polislər tərəfindən bağlanıb. 7 mərtəbəli binanın şüşələri sındırılıb. Silahlılar binaya girdikdən sonra içəridən silah səsləri eşidilib.
Binaya daxil olanlar pəncərə önündə Türkiyənin dövlət bayrağını asıb, lakin bayraq üzərində qılınc təsviri diqqəti çəkib. Hadisə yerinə çevik polis qüvvələri və təcili yardım maşınları cəlb olunub.

.