
Türkiyə Pakistana ölkənin müxtəlif bölgələrində son günlərdə müşahidə olunan daşqınların nəticələrinin aradan qaldırılmasında kömək etməyə hazırdır.
Bu barədə Pakistan Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığının nəticələrinə dair "X" sosial şəbəkəsində yazıb.
Ş.Şərif qeyd edib ki, Ərdoğan Türkiyənin xilasetmə əməliyyatlarında kömək göstərməyə hazır olduğunu təsdiqləyib: "Pakistan xalqı türk xalqının dəstəyini həmişə xatırlayacaq".
Tərəflər, həmçinin iki dövlət arasında əlaqələri gücləndirmək niyyətini təsdiqləyiblər.
Ş.Şərif əlavə edib ki, Çində keçiriləcək ŞƏT sammitində Türkiyə Prezidenti ilə görüşü səbirsizliklə gözləyir.
.