Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Türkiyəyə dəvət edib.

"Anadolu" verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

“Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır. Prezident Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığı kimi Ukrayna Prezidenti Vladimir Zelenksi ilə danışıqlar aparır. Hətta, hər ikisini görüşmək, problemlərini və fikir ayrılıqlarını həll etmək istəyəcəkləri təqdirdə, Türkiyəyə dəvət edib”, - o qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayana səfər edəcək.

"Anadolu" agentliyi verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti ukraynalı həmkarı Zelenski ilə danışıqlar aparmaq üçün yaxın həftələrdə bu ölkəyə səfər edəcək.

"Eyni zamanda, böyük və geri alınmaz nəticələri olacaq hər hansı hərbi əməliyyatdan uzaq olmaq üçün Rusiya ilə sıx təmasda olacağıq”, o qeyd edib.

.