Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Rusiya lideri Vladimir Putinlə görüşündə İstanbuldakı Ukrayna ilə bağlı danışıqları sülh prosesinə töhfə hesab etdiyini bildirib.

Bu barədə Yenizaman Rusiya KİV-nə istinadən xəbər verir.

"Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynadakı müharibənin dayandırılması, ədalətli və dayanıqlı sülhün təmin edilməsi istiqamətində Türkiyənin səylərinin davam etdiyini bildirib. Onun fikrincə, İstanbuldakı danışıqlar sülh prosesinə töhfə verib", - R.Ərdoğanın dəftərxanasının V.Putin ilə görüşün nəticələrinə dair bəyanatında bildirilib.

Xatırladaq ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü danışıqlar raundu keçirilib. Tərəflər hərbi əsirlərin mübadiləsini, memorandumları və liderlərin görüşünü müzakirə ediblər.

.