
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HAMAS-ı terror təşkilatı kimi deyil, müqavimət təşkilatı kimi qiymətləndirdiyini deyib.
Bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Ərdoğan HAMAS-ın əlindəki girovların azad olunmasını yalnız HAMAS-ın üzərinə yükləməyin yanlış olduğunu vurğulayıb və İsrailin Qəzzaya hücumlarını tənqid edib.
Ərdoğan həmçinin HAMAS-ın İsraildən silah baxımından güclü olmadığını deyib:
“Ola bilərmi deyək ki, HAMAS silah baxımından İsraildən güclüdür? Xeyr, bu mümkün deyil. İsrail isə bu silahlardan qadın, uşaq, yaşlı fərq etmədən amansız şəkildə istifadə edir”.
.