İranın xarici işlər naziri Abbaş Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında birbaşa təmaslar dayandırılıb.

Bu barədə anonim iranlı rəsmi “Reuters“ə danışıb.

O bildirib ki, ABŞ-ın təhdidləri diplomatik səylərə zərbə vurur.

Mənbə Uitkoff və Əraqçi arasında nüvə məsələsi ilə bağlı keçirilə biləcək görüşlərin də ləğv edildiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp iranlı rəsmilərlə bütün görüşləri ləğv etdiyini elan edib.

.