İranın xarici işlər naziri Abbas Əraqçi ilə omanlı həmkarı Bədr Əl-Busaidi arasında telefon danışığı olub.

 A. Əraqçi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Maskatdakı son birgə bəyanatdan sonra məhsuldar telefon danışığı olub", - o bildirib.

Əraqçinin sözlərinə görə, İran və Oman Hürmüz boğazında gələcək idarəetmə və dənizçilik xidmətlərini müəyyən etmək üçün dialoq aparacaq:

"Biz qərarlıyıq və bunu qonşularımızla müzakirə edərək həyata keçirəcəyik".

 

.