“İran İsrailin hücumlarına cavab olaraq öz imkanlarının yalnız bir hissəsindən istifadə edib”.
APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşım edib.
XİN rəhbəri İranın infrastrukturuna yenidən zərbə endiriləcəyi təqdirdə daha güclü reaksiya veriləcəyi ilə bağlı xəbərdarlıq edib.
“İsrailin infrastrukturumuza hücumuna cavabımız gücümüzün bir hissəsini istifadə etdi. Təmkinli olmağın yeganə səbəbi tələb olunan deeskalasiyaya hörmət idi. İnfrastrukturlarımız yenidən zərbə alsa, heç bir təmkin olmayacaq”, - o qeyd edib.
Əraqçi bildirib ki, müharibənin istənilən sonu İranın mülki infrastrukturuna dəyən ziyanı aradan qaldırmalıdır.
