Bu ildən distant təhsil modeli üzərində işləyirik.

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, 6 kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən mərkəzdən qoşulan bir müəllim tərəfindən onlayn təhsil alırlar: “Bu halda şagird həmin kənddə qalır, müəllim isə digər məktəbdən dərsə qoşulur. Bu kimi ciddi dəyişikliklər üçün təbii ki, zaman lazımdır. Hazırda ilkin mərhələdə olsaq da, prosesin müsbət addımlarla irəlilədiyini deyə bilərik. Yay aylarında şagird sayı yenidən hesablanacaq və bu istiqamətdə işlər davam etdiriləcək.”

Azərbaycanda bu il 100-dən çox modul tipli məktəb tikiləcək

Azərbaycanda bu il müxtəlif bölgələrdə 100-dən artıq modul tipli məktəbin tikintisi nəzərdə tutulur.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, məktəblərin təmiri və yenidən qurulması müəyyən ardıcıllıq və alqoritm əsasında həyata keçirilir:

“Birinci növbədə böyük həcmli məktəbləri təmir etməyə çalışırıq. Çünki bu məktəblər daha çox uşağın təhsil həyatına təsir edir. Buna görə də əsas fokusumuz böyük məktəblərdir. Kiçik məktəblərlə bağlı isə modul tipli məktəblərin tikintisinə üstünlük veririk. Bu il təxminən 100-dən artıq belə modul məktəbin müxtəlif bölgələrdə tikintisi nəzərdə tutulur," – deyə nazir qeyd edib.

WUF13-lə bağlı ali məktəblərdə təhsil distant formatında olacaq

WUF13-lə bağlı məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, müəyyən edilmiş bölgələrdə ümumtəhsil məktəblərində təhsil onlayn olacaq.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, WUF13-lə əlaqədar ali təhsil müəssisələrində təhsil distant formatında olacaq.

Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur

Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur.

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, biz hazırda bu prosesin içindəyik və sistemin daha da rasionallaşdırılması ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər davam edir: “Azsaylı məktəblərə müəllim göndərilməsi ilə bağlı müəyyən çətinliklər var. Hazırda bu istiqamətdə iş aparılır və artıq müsbət nəticələr müşahidə olunur.”

Azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir

İşğaldan azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində əhali doğma yurdlarına qayıtdıqca məktəblərin fəaliyyəti də mərhələli şəkildə bərpa olunur:
“Zəngilan, Cəbrayıl, Laçın və digər işğaldan azad edilmiş rayonlarımızın məktəbləri yaxın illərdə öz ərazilərində fəaliyyətlərini bərpa edəcəklər. Artıq Şuşa şəhər 1 nömrəli tam orta məktəbi Şuşada uğurla fəaliyyət göstərir”.


 

.