2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,5 faiz artaraq 6864,1 milyon manat olub.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-iyun ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5173,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.

.