2022-ci ilin birinci yarısında dünyanın ən zəngin 500 adamının ümumi sərvəti 1,4 trilyon dollar azalıb.

“Bloomberg”in məlumatına görə, bu, tarixin ən yüksək göstəricisidir.

Agentliyin hesablamalarına görə, bu müddət ərzində “Facebook”un qurucusu Mark Zukerberq 65,5 milyard dollar, “Amazon”un qurucusu Ceff Bezos 63 milyard dollar, “Tesla” və “SpaceX”in qurucusu İlon Mask 62 milyard dollar, “Louis Vuitton Moët Hennessy”nin baş direktoru Bernar Arno isə 49 milyard dollar itirib.

Bununla belə, onlar milyarderlərin qlobal reytinqi olan “Bloomberg Billionaires Index”də öz yerlərini qoruyub saxlaya biliblər: Mask 208 milyard dollarla birinci, Bezos ikinci (130 milyard dollar) və Arno üçüncü yerdə (129 milyard dollar) qalıb.

Qeyd olunur ki, son iki ildə dünyanın ən varlı iş adamlarının sərvəti ancaq artıb. Agentlik bunu koronavirus pandemiyası fonunda hökumətlərin və mərkəzi bankların görünməmiş miqyasda stimullaşdırıcı tədbirləri ilə əlaqələndirib.

.