Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 899,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, büdcə xərcləri isə 15 milyard 334,8 milyon manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 27,4 %, büdcə xərcləri isə 12,1 % artıb. Nəticədə büdcədə 2 564,6 milyon manat qalıq yaranıb. Bu isə ötən ilə nisbətən 7 dəfə çoxdur.
 

.