2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
"APA-Economics" xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 312,1 milyon manat təşkil edib ki, bu da proqnozu 787,7 milyon manat və ya 2.8 faiz üstələyib. Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 169,7 milyon manat və ya 0.6 faiz çoxdur.
Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 25 348,2 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680,0 milyon manat və ya 2.8 faiz çoxdur.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində icmal büdcənin gəlirləri 36 730,8 milyon manat, xərcləri isə 30 089,9 milyon manat məbləğində icra edilib.
.
