Əli Cəfərov: " Hədəfimiz uşaqların potensialını üzə çıxarıb inkişaf etdirməkdir”
Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dəstəyi Şurasının 2016-ci il maliyə müsaqibəsinin qaliblərindən olmus "Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək" təlim- layıhəsinin icrasına başlanılır. Layihəni Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDT-İB) 64 saylı orta məktəbdə cari tədris ilində həyata keçirəcək. 
Bu haqda məlumatı jurnalistlərə layıhə rəhbəri Əli Cəfərov verib. Layihə rəhbərinin bildirdiyinə görə, təlimlərin keçirilməsindən əsas məqsəd usaqları yol hərəkəti qaydaları haqqında maarifləndirməkdən ibarətdir. Həmçinin paralel olaraq onların yaradıcı təfəkkürlərini, fantaziyalarını gücləndirməklə düşüncə, fikir, mülahizə qabiliyyətlərinin formalaşmasına nail olmaq, ətraflarındakı hadisə və proseslərə nüfuz etmək kimi vərdişlərini inkişaf etdirməklə isə mənəvi baxımdan zənginləşdirməkdir. 
Təlimlərin məqsəd və vəzifələrinin detalları barədə geniş ictimaiyyəti bilgiləndirən layihə rəhbəri konkret hədəflərini də açıqlayıb: "Uşaqların çoxunun qabiliyyəti onların daxilində gizlənir. Bizim əsas vəzifəmiz bu potensialın aşkara çıxarılması və inkişaf etdirilməsi istiqamətində işlərin təskilidir. Təlimlər nəticəsində uşaqların yaradıcılıq qabiliyyətləri inkişaf etdikcə onların şəxsiyyətlərində müsbət dəyisikliklər baş verəcək. Bu isə onlarda təşəbbüskarlıq, qərarların qəbulunda müstəqillik, özünü azad ifadəetmə vərdişləri, özünə inam hissləri oyatmış olacaq”. 
Əli Cəfərov onu da söyləyib ki, hazırda layihənin iştirakçıları icra planının gerçəkləşdirilməsini stimullaşdıracaq texniki isləri yerinə yetirirlər.  Bu proseslər yekunlaşan kimi layıhənin icrasına baslanılacaq.
.