Azərbaycanda akkreditə olunmuş diplomatlar qrupu, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri Laçında “Gilabi Ceramics” yaradıcılıq mərkəzini ziyarət ediblər.

Qonaqlar keramika istehsalı prosesi və emalatxananın işi ilə tanış olublar.

Laçında yaradılan məmulatlar regionun mədəni irsini əks etdirir və bu əraziyə xas olan Azərbaycan mədəniyyəti elementlərinin populyarlaşdırılmasına xidmət edir.

.