“Tibbi xidmətlər zərfinə gələcəkdə dərman təminatının da daxil edilməsi planlaşdırılır”.

Bunu "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə İcbari tibbi sığorta üzrə dövlət agentliyinin idarə heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, dərman təminatı ilə bağlı artıq aptek şəbəkələrinin də Agentliklə müqavilə bağlayaraq bu prosesə cəlb olunması nəzərdə tutulur.

"Bildiyiniz kimi, xidmətlər zərfi bizim ən mühüm ana sənədimizdur. Xidmətlər zərfi ildən-ilə artır və artıqca özəl sektorun cəlb edilməsində yeni imkanlar yaranır. Gələcəkdə dərman təminatının da xidmətlər zərfinə salınması planlaşdırılır", - deyə Zaur Əliyev qeyd edib.

.