"Sənətə addım atdığımız gündən bizi çox təklədilər. Hər kəs bizi müzakirə etməyə başladı".

Bu sözləri müğənni Damla Üzeyir Mehtizadə ilə bağlı paylaşdığı şəklin altında yazıb. Xanım müğənni qeyd edib ki, tənqid edənlər çox olub:

"Çox yazdılar, pozdular. Amma biz susduq. İradlar, bəzən təndiqlər bizdən əl çəkmədi. Kimsəyə cavab qaytarmadan, heç kimi üzmədən, heç kimin qəlbinə toxunmadan başımızı aşağı salıb nəğmələrimizlə qəlbinizə yol tapmağı seçdik. Çoxdandır görüşmürdük. Üzeyir Mehtizadə həmişə xoş sədalarını eşidim".

.