Hollivud aktyoru Corc Kluni 14 dostunun hər birinə milyon dollar hədiyyə edib. 

Bununla bağlı aktyor GQ jurnalına müsahibəsində danışıb. 

Onun sözlərinə görə, 2013-cü ildə yaxın dostlarını başına yığaraq, hər birinə sürpriz etmək qərarına gəlib:

“Düşündüm ki, mənim onlardan başqa heç kimim yoxdu. Son 35 ildə onlar mənə çox kömək oldular. Özümü pis hiss edəndə onların evində qaldım, onlardan pul borc götürdüm. Neçə dəfə mənə kömək ediblər. Mən də imkan daxilində onlara kömək edirdim. Onlar çox yaxşı dostlardır”.

Aktyor bildirib ki, dostlarını evinə çağırıb və hər birinə milyon dollar bağışlayıb. 

.