"İtkin düşmüş şəxslərin taleyi səlahiyyətli orqanlarının birgə fəaliyyətindən asılıdır".

Bunu Beynəlxalq Humanitar Hüquq İnstitutunun Baş katibi Gian Luca Beruto İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda deyib.

O bildirib ki, bu sahədə hüquq pozuntularının qarşısının alınması, bununla bağlı qaydaların tətbiqi vacibdir:

"Cenevrə Konvensiyasına görə məlumatların paylaşılması dövlətlərin hüquqi öhdəlikləridir. Çünki qanunun düzgün şəkildə başa düşülməsi vacibdir. Müvafiq şəxslər əsir və girovların saxlanması məsələsinə görə də məsuliyyət daşıyırlar".

Nümayəndə vurğulayıb ki, itkin şəxslər məsələsinin həlli itkinliyin baş verməsindən əvvəl, itkinlik zamanı və bundan sonra tədbirlərin görülməsini tələb edir: "Ailələrin yaxınlarının taleyini bilmək hüququ beynəlxalq humanitar hüquqda öz əsasını tapır”.

Beynəlxalq Humanitar Hüquq İnstitutunun nümayəndəsi Azərbaycanda keçirilən konfransın əhəmiyyətini də vurğulayıb: “Bu cür təşəbbüslər hüquqi çərçivələri praktiki təcrübə ilə yanaşı nəzərdən keçirməyə, milli və beynəlxalq perspektivləri bir araya gətirməyə, həm itkin düşmələrin qarşısının alınması, həm də itkin şəxslərin axtarışı sahəsində əməkdaşlığın gücləndirilməsi yollarını müəyyənləşdirməyə imkan verir”.

.