COVID-19 pandemiyasına baxmayaraq, Avropa İttifaqı (Aİ) Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.

“700-dən çox şirkətlə Aİ bizim ölkəmizdə ən böyük investordur. İnvestisiyaların həcmi on milyardları aşır. Enerji Aİ-Azərbaycan tərəfdaşlığının mərkəzi sütunu olaraq qalır. Bizim enerji sahəsində əməkdaşlığımız ötən gün Prezident İlham Əliyev və Prezident von der Leyen tərəfindən imzalanmış yeni Anlaşma Memorandumu ilə daha da gücləndirildi. Biz strateji tərəfdaşlığımızı Avropa bazarına alternativ qaz həcminin gətirilməsi məqsədi daşıyan, Avropada ən böyük enerji və infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi ilə inkişaf etdiririk. Yunanıstan və Bolqarıstana interkonnekterlərin həyata keçirilməsi Cənub Qaz Dəhlizinin diversifikasiyasınının göstəricisidir”, - nazir qeyd edib.

.