Çinin xarici işlər naziri Van İ ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
“Reuters“in xəbərinə görə, tərəflər Çin və ABŞ arasında yüksək səviyyəli təmasların növbəti mərhələsini müzakirə ediblər.
Van İ bildirib ki, Pekin və Vaşinqton yüksək səviyyəli təmasların növbəti mərhələsinə bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlılıq prinsipləri əsasında hazırlaşmalıdır.
Çin XİN rəhbəri həmçinin dövlət başçıları diplomatiyasının Çin-ABŞ münasibətlərində əsas istiqamətləndirici rol oynadığını vurğulayıb.
Tərəflər telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, telefon danışığı Çin lideri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında sentyabrın 24-də keçirilməsi gözlənilən görüşdən əvvəl baş tutub. “Reuters“in məlumatına görə, Çin hökuməti görüşün keçiriləcəyini hələ rəsmi şəkildə təsdiqləməyib.
.
