
Bakıda "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
Qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.
Görüşü FIFA referisi Clément Turpin idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.
.