Türkiyəli məşhur aktyor Çağatay Ulusoy həmkarı Serenay Sarıkaya ilə bağlı barəsində sevgili olmaları ilə bağlı çıxan xəbərlərə etiraz edib.

O, Serenayla birgə tətilə çıxacaqları ilə bağlı xəbərlərə etirazını “Instagram” hesabından bildirib.

“Haradasa beş ildir çox gözəl gedən münasibətim varkən, hər il bugünkü kimi yalan xəbərləri isidib, verirsiniz. Çox məyusedicidir. Məqsədiniz nədir? Bizə imkan verin”, - deyə o çıxan xəbərlərin yalan olduğunu qeyd edib.

Qeyd edək ki, Serenay və Çağatay ötən həftə aktyor Taner Ölmezlə Ece Çeşmioğlunun toyunda görünüb. Onların yenidən yaxınlaşdığı barədə dedi-qodular yayılıb.

Uzun müddətdir birlikdə yaşayan Çağatay Ulusoyla Duygu Sarışının keçən aylarda ayrılmaları xəbəri yayılmışdı.

 

.